Baş xəbər, Dünya
23.09.2015 / 13:00

ABŞ YPG-ni terror təşkilatı kimi tanımır

ABŞ YPG-ni terror təşkilatı kimi tanımır
İnform.az xairici mətbuata istinadən xəbər verir ki, Amerika Dövlət Departamentinin mətbuat katibi Con Kirbi PKK-nın Suriya qolu YPG-nin terrorçu təşkilat olmadığını deyib

Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistin “Türkiyə hökuməti YPG-ni terrorçu olaraq görür, Amerika hakimiyyəti isə YPG-ə dəstək verir. İki dövlət arasında bu qədər kəskin fərq olduğu halda Türkiyə ilə birgə əməkdaşlığı necə aparırsınız?” sualına Amerika rəsmisi “Amerika YPG-ni terrorçu təşkilat kimi görmür” cavabını verib.

“Biz YPG-ni terrorçu təşkilat saymırıq. Onlar Suriyada İŞİD-ə qarşı mübarizədə uğur qazandıqlarını sübut etdilər. Əməkdaşlığımız davam edəcək. Türkiyə ilə də danışıqlarımızı davam etdiririk. “Hər mövzuda eyni fikirdə olmaq məcburiyyətində deyilik. Mübarizə apararkən harada, nə vaxt, əlinizdən nə gələrsə onu edərsiniz. Biz də bu mübarizəni belə aparırıq”.

Qeyd edək BMT-nin İsan Haqları qrupu yaydığı hesabatda YPG-nin terrorçu fəaliyyətini qınamış, onu vəhşiliklər törətmək, Suriyanın şimalında yaşayan əhalini zorla evdən çıxardığını göstərmişdi.

Baxış sayı: 382