İqtisadiyyat
23.09.2015 / 12:03

“Etik qaydalar və antikorrupsiya”

“Etik qaydalar və antikorrupsiya”“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.4-cü maddəsinə əsasən bu qanunla müəyyənləşdirilmiş qaydada etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirən Nəzarət orqanı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı olaraq tədbirlər görür. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.1-ci bəndinə əsasən isə Komissiya dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlər təşkil edir.

Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, bu məqsədlə Komissiya sentyabrın 22-də Holiday İnn Bakı otelində dövlət orqanlarında etik məsələlərə məsul olan əməkdaşlar üçün “Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim təşkil edib. Dövlət qulluğunda etik qaydalar, beynəlxalq təcrübədə etik standartlar, etik (antikorrupsiya) məsələlərə dair təlimlərin təşkili, təlimlərin metodologiyası və s. məsələləri əhatə edən təlim bu gün də davam edir.

Avropa Şurasının eksperti Aiva Pevkur tərəfindən aparılan təlimdə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanlarından 25 dövlət qulluqçusu iştirak edir.

İnform.az

Baxış sayı: 397