Baş xəbər, Mədəniyyət, Müsahibə
23.09.2015 / 11:54

“İndiki seriallarda sənət haqqında təsəvvür belə yoxdur, hamısı xalturadır”

“İndiki seriallarda sənət haqqında təsəvvür belə yoxdur, hamısı xalturadır”


Saytlarda oxudum ki, aktyor, xalq artisti, Rasim Balayevin Ədalət Partiyasından deputatlığa namizədliyi irəli sürülüb. Zəng açıb dəqiq olub - olmadığını soruşduq. Aktyor isə…

- Rasim müəllim, eşitdik ki, deputatalığa namizədliyiniz irəli sürülüb. Doğrudur?

- Kimin namizədliyi?

- Ədalət partiyasından sizin namizədliyiniz irəli sürülüb.

- Hardan?.. Hardan?..

- Ədalət partiyasından.

- Vallah, mənim xəbərim yoxdur.

- Xəbəriniz yoxdur?

- Qətiyyən.

- Xəbəriniz olsaydı, neçə qarşılaycaqdınız?

- Yox, mən seçkiyə-zada getmirəm. Mənlik deyil.

- Seçkiyə də getməyəcəksiniz?

- Deputatlığa da getməyəcəm.

- Niyə Rasim müəllim?

- Bilmirəm, getmirəm.

- Rasim müəllim, necə sizdən xəbərsiz, namizədliyiniz irəli sürülə bilər?

- Bilmirəm, necə olub, məndən xəbərsiz necə namizədliyim irəli sürülə bilər axı. Mən sizdən eşidirəm, vallah.

- Biz saytda yazını gördük, o saat sizə zəng etdik ki, fikirlərinizi bilək.

-(Gülür) Həqiqi var belə şey?

- Bəli, bəli.

- Ədalət partiyası hansı partiyadır?

- Müxalifət partiyasıdır.

- Müxalifət deyirsiniz. Bəyəm, müxalifət var? (Gülür) Mənim xəbərim yoxdur. Bu barədə heç kim heç nə deməyib.

- Deputat olmaq arzusunda olmusunuz?

- Bəli, əvvələr belə arzum olub, ancaq indi yox.

- Deyəsən səhhətinizdə nəsə problem var? Bir neçə saat əvvəl zəng vurdum, dediniz həkimdəyəm.

- Nə problem. Yox yaxşıyam. Sadəcə yaşla bağlı gedirəm qanımı yoxlatdırmağa, təzyiqimi yoxladıram.

- Yeni seriallara, filmlərə dəvət alırsınız?

- Dəvət alsam da, getmərəm. Bu işlər mənlik deyil.

- Bəs planınızda nə var? Nə iş görəcəksiniz?

- Heç nə. Evdə oturub özüm üçün yaşayıram. O işlərdə sənət haqqında təsəvvür belə yoxdur. Hamsı xalturadır. Primitiv işlərdir. Mən o işlərə getmərəm.

- Deputat olsaydınız, Azərbaycan üçün nələr edərsiniz?

- Deputat olmağı düşünmürəm.

- Bəs bayaq dediniz əvvələr belə bir sevdaya düşmüsünüz.

- (Hirslənir) Onda istəmişdim, indi yox.

- Niyə belə küsmüsünüz?

- Getmirəm də, istəmirəm də. Mən aktyoram, sənət adamıyam. Yaxşı rol olsa, oynayacam, olmazsa evdə oturacam.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 518