Şərhlər
23.09.2015 / 11:50

Fedon

Fedon
(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az

(Əvvəli burada)
Sizi və buranın hakimlərini tərk edib əminəmki orada xeyirxah hakimlər və dostlarla rastlaşacağam. Və əgər mənim bu nitqim Afinalı hakimlərdən fərqli olaraq inandıra bildisə bu çox yaxşı olardı.
Sokrad danışıb qurtarandan sonra Kebet sözə başladı.
-Mənə görə ən azından bu, bu gözəl deyilib, amma bir şeydən başqa o da ondan ibarətdir ki, ruh haqqında dediklərin adamlarda böyük şübhə doğurur. Onlar ehtiyat edirlər ki cisimdən ayrı düşən can, ruh ayrıca mövcud olmayıb insanla birlikdə elə həmin gün ölüb məhv olur. Bədəndən ayrılan kimi o, nəfəs kimi, tüstü kimi əriyib gedir. Əgər ruh həqiqətən sən deyən kimi ehtiraslaradan azad olub özü haradasa cəmləşib mövcud ola bilsəydi, bu çox gözəl olardı və sənin dediklərin də həqiqət. O ki, sən deyirsən ölmüş bədədənin ruhu mövcud olmaqda davam edir və hətda düşünə bilir, məncə bunu hələ güclü dəlillərlə geniş şəkildə sübut etmək lazımdır.
Sokrat dedi: - doğrudur, Kebet. Bəs onda biz indi neyləyək? istəyirsənmi bu baraədə müzakirəyə başlayıb görək ruh var ya yox?
- Çox istəyirəm, - Kebet cavab verdi - Bilmək istəyirəm sən bu barədə nə fikirləşirsən?
- Yaxşı onda, heç kim, hətda komik şair də indi iddia edə bilməz ki, mən özümə aid bu qədər ciddi məsələdə boş-boşuna danışıram. Beləliklə, etiraz etmirsənsə başlayaq, gəl, bax bele bir məsələdən başlayaq. Ölmüş adamın ruhu o dünyaya uçur, ya yox? Belə bir qədim elmi təlim var bu dünyaya gələn ruh, ölüdən qopub yenə gəldiyi yerə qayıdır. Əgər canlılar yenidən ölülərdən törəyirsə, onda ruhumuz orada, aid aləmində olmalıdır elə deyilmi? Əgər onlar orda olmasaydılar onda heç cür peyda ola bilməzdilər. Əgər biz müəyyən etməsəydik ki, dirilər başqa cür yox, məhz ölülərdən əmələ gəlir, bu bizim üçün dəlil kimi kifayət edərdi. Yox əgər, bütün bunlar belə deyil nə olar ki, başqa cür dəlil tapsaq.
- Çox əla, - Kebet səsləndi
Sokrat davam etdi, - asan başa düşəsən deyə təkcə insanlarla kifayətlənməyib biraz geniş nəzər sal, bütün heyvanlara və bitkilərə bax, bir sözlə, əmələ gəlməyə xas olan bütün məxluqlara və sonra gəl fikirləşək, hamı əksiliklərin əksiliklərindən əmələ gəlmirmi? Məsələn, götür gözəllik və eybəcərliyi və ya ədalət və ədalətsizliyi və ya minlərlə digər əksilikləri. Gəl özümüzdən soruşaq, əgər bir-birinin əksi olan 2 şey mövcuddursa, onlardan birinin mütləq digərindən əmələ gəlməsi doğrudur mu?

Baxış sayı: 521