İdman
23.09.2015 / 11:47

Kempo üzrə Avrasiya çempionatı keçiriləcək

Kempo üzrə Avrasiya çempionatı keçiriləcəkÖlkəmizdə daha bir beynəlxalq turnir keçiriləcək. İlk dəfə olaraq Kempo üzrə Avrasiya çempionatı keçiriləcək. Oktyabrın 16-17-18-də Şağan OİK-də keçiriləcək yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının razılığı və dəstəyi ilə təşkil olunur. Kempo təşkilatının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, yarışda Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Macarıstan, Rumıniyadan olan idmançılar mübarizə aparacaqlar.

İnform.az

Baxış sayı: 317