Sosial
23.09.2015 / 11:35

Komitə sədri qəbul keçirəcək

Komitə sədri qəbul keçirəcəkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astara rayonunda Lerik, Lənkəran, Astara rayon sakinlərini qəbul edəcək. Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 b) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 373