Mədəniyyət
23.09.2015 / 11:05

Nazir Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Nazir Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Qəbul saat 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 385