İqtisadiyyat
23.09.2015 / 10:49

Günəş enerjisi ilə bağlı tədbir keçirilib

Günəş enerjisi ilə bağlı tədbir keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almanıyanın Hamburq şəhərində keçirilən “31-ci Avropa fotoqalvanik Günəş enerjisi və sərgisi” adlı tədbirdə iştirak edib.

Coğrafiya İnstitutundan bildirilib ki, Azərbaycan alimi həmin tədbirdə “Günəş avtomobilinin panelinə düşən Günəş enerjisinin modelləşdirilməsi və avtomobilin yol üzrə hərəkətinin simulyasiyasının veb applikasiyası” mövzusunda məruzə ilə çıxış edib.

Dünyanın 1500-dən artıq tədqiqatçı alimini bir araya gətirən bu tədbir Avropa İttifaqının 31 il müddətində hər il Günəş enerjisindən istifadə sahəsində keçirdiyi ən böyük konfrans və sərgi olub.

Rauf Qardaşovun məruzəsi Almaniya, Avstriya və Niderland tədqiqatçıları tərəfindən yüksək dəyərləndirilib.

Inform.az

Baxış sayı: 344