Mədəniyyət
23.09.2015 / 07:14

Oskara "Günəş zərbəsi"

Oskara "Günəş zərbəsi" “Günəş zərbəsi” Oskar uğrunda yarışacaq. İnform.az “İnterfaks”a istinadən xəbər verir ki, Nikita Mixalkovun məşhur “Günəş zərbəsi” filmi Oskar mükafatlandırma mərasimində iştirak edəcək.

Oskar Komitəsindən bazar ertəsi verilən məlumata görə, sözügedən film səs çoxluğu ilə Oskar uğrunda mübarizədə Rusiyanı təmsil etməyə layiq görülüb. Filmin dünya premyerası 2014-ci il oktyabrın 3-də Belqradda, Rusiya premyerası isə 2014-ci ilin oktyabrın 4-də keçirilib.

Qeyd edək ki, “Günəş zərbəsi” filmi rus yazıçısı İvan Buninin eyniadlı hekayəsi əsasında çəkilib.

Baxış sayı: 289