Dünya
23.09.2015 / 06:13

Daha bir İŞİD lideri öldürülüb

Daha bir İŞİD lideri öldürülüb ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib.

Bu barədə ABŞ ordusunun nümayəndəsi məlumat verib.

Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl Türkməni terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.

Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib.

Qeyd edək ki, Pentaqon bundan əvvəl avqustda İŞİD liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyaf öldürülüb.

İnform.az

Baxış sayı: 190