İdman
23.09.2015 / 01:25

Millimi Avropa Çempionatının final mərhələsində

Millimi Avropa Çempionatının final mərhələsində Futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub. Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib.

Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.

İnform.az

Baxış sayı: 330