Gündəm, Dünya
22.09.2015 / 22:13

İranda Hərbi Parad

İranda Hərbi Parad

Ruhani: “Bizm heç bir ölkəyə təcavüz etmək fikrimiz yoxdur”

İnform.az İran mətubuatına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani İslam respublikasının qurucusu Ayətullah Xomeyninin məqbərəsi ətrafında keçirilən “Sepah” və digər silahlı qüvvələrin hərbi paradında çıxış edərək ölkə silahlı qüvvələrinin bölgədəki rolundan danışıb.
İran-İraq müharibəsinin ildönümündə çıxış edən Ruhani deyib ki, İranın silahlı qüvvələri hazırda bölgənin ən böyük hərbi qüvvəsi sayılır: “Bütün dünyaya deyirəm ki, İran İslam Respublikasının silahlı qüvvələri hazırda regionda terror və terrorizmə qarşı ən böyük hərbi qüvvə sayılır. “Sepah” xarici düşmənin təcavüzü qarşısında dayanmazdan əvvəl, ilk addımda terrorçulara və müxalif qruplaşmalara qarşı mübarizə aparıb.
Biz, İraq və Suriya hökumətlərinin istəyi və xahişi ilə onlara və onların ordularına yardım göstərmişik. Digər ölkələrdə də terrorçular ortaya çıxıb meydan oxumağa başlasalar, həmin ölkələrin yeganə ümid yeri İran ordusu, “Sepah”ı və “Bəsic”i olmalıdır. Onlar elə bilməsinlər ki, dünyanın böyük dövlətləri gəlib onlara yardım göstərə bilər.
Biz, bu ordu, “Sepah”, “Bəsic”, igid millətimiz və onun böyük rəhbəri ilə fəxr edirik. Biz hamımız əl-ələ verərək ölkənin bütün problemlərini ortadan qaldıracaq, İranı abad və başı uca bir ölkəyə çevirəcəyik. Dünyaya bildiririk ki, İran bütün təcavüzlərin qarşısında dayanıb. Bizim heç bir ölkəyə təcavüz etmək fkirimiz yoxdur. Lakin təcavüzə məruz qalacağımız təqdirdə, silahlı qüvvələrimiz layiqincə ölkənin müdafiəsinə qalxacaq”.

Baxış sayı: 404