Dünya
22.09.2015 / 15:45

Suriya kürdlərinin İŞİD-lə bağlı şok planı

Suriya kürdlərinin İŞİD-lə bağlı
Suriyadakı kürd qüvvələri ölkənin şimalındakı sərhəd şəhəri Cerablusu İŞİD-dən almağa hazırlaşır. Plan baş tutarsa, Avropa və digər ölkələrdən İŞİD-ə qatılmaq istəyənlərin Suriyaya daxil olması mümkünsüz olacaq.

İnform.az-ın məlumatına görə, Axar.az “İndependent”ə istinadən xəbər verir ki, Türkiyə də bu planın gerçəkləşməsindən narahatdır. Çünki İŞİD-in şimalda nəzarəti itirməsi kürdlərin güclənməsinə səbəb olacaq:

“Cerablusun itirilməsi ilə İŞİD 4 ildir ardı kəsilməyən canlı qüvvədən birdəfəlik məhrum ola bilər. Daxildə tərəfdar olmadığından fanatik islamçı döyüşçülərin qarşısının alınması İŞİD-in çökməsi ilə nəticələnə bilər”.

Qəzetin əldə etdiyi məlumata görə, Cerablusun azad olunmasında koalisiya qüvvələri kürdlərə yardım edəcək.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Suriya kürdlərinə hərbi dəstək veriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə YPG-ni terror təşkilatı adlandırsa da, ABŞ-ın mövqeyi fərqlidir.

Baxış sayı: 329