Baş xəbər, Sağlamlıq
22.09.2015 / 15:08

Beyin üçün qida

Beyin üçün qidaDaha rahat düşünmək, planlaşdırmaq və analiz etmək üçün nə yemək lazımdır?

Yumurta
Əgər biz beynimizin ideal çalışmasından ötrü ideal menyü tərtib etmək fikrinə düşmüşüksə, nə etməliyik? Birincisi, sinir hüceyrələri üçün həlledici əhəmiyyətə malik bir qədər B12 vitamini lazımdır. İkincisi, hüceyrələrin normal bölünməsindən ötrü, həm də qanyaranmada iştirak edən, karbohidrat və yağ mübadiləsini nizamlayan fol turşusuna ehtiyac var. Yod da lazımdır: qalxanvari vəzinin düzgün fəaliyyəti onsuz mümkün deyil. Buradakı pozuntular süstlüyə, çəkinin artmasına və depressiyaya gətirib çıxarır. D vitamini yetərincə olmadıqda depressiya, demensiya, Parkinson xəstəliyi inkişaf edir. Bütün bunların itkisini ödəmək üçün YUMURTA – detoloqların miniatür «qida elektrik stansiyası» adlandırdığı ərzaq bizim menyümüzə daxil edilməlidir.

Yağ
Səhərlər çörəyə nə yaxmaq lazımdır? Əlbəttə, KƏRƏ YAĞI! Bizim orqanizmimizin heyvan mənşəli yağlara ehtiyacı var, əgər onun bu tələbatını saya salmasaq, elə də tezliklə saçımızın necə töküldüyünü, dırnaqlarımızın ovulduğunu, dərimizin də elastikliyini itirdiyini görəcəyik.
Kərə yağı – beyin üçün qidadır! Onun tərkibindəki qidalı maddələr, o cümlədən neyrotransmitterlərin (yaddaşa və ovqata müsbət təsir edən dopamin kimi) hasilatını stimullaşdıran A vitamini; D və B12 vitaminləri bitki yağlarının tərkibində yoxdur. Təbii otlarla qidalanan inəyin südündən alınan kərə yağı daha faydalıdır – onun tərkibindəki omeqa-3 yağ turşuları iltihabı aradan qaldırır və beynin yeni birləşmələrinin artmasına kömək edir. Adi kərə yağı bizə çox miqdarda linol turşusu bəxş edir. Bu maddə qanın beynə axınını artırır, onun hüceyrələrinin ömrünü uzadır və stress hormonu – kortizolun mənfi təsirinə qarşı çıxır.

Ət
Kimlərsə mal və qoyun ətini zərərli qida hesab etsə də, ƏT bizim beynimiz üçün ideal qidadır, çünki onun tərkibindəki hem-dəmir birləşməsi orqanizm tərəfindən yaxşı mənimsənilir və sorulur. Bizim beynimiz daim oksigen ilə təchiz olunmalıdır, bu proses isə bizim orqanizmimizdə qırmızı qan cisimləri üçün dəmirin kifayət qədər olmasından asılıdır. Qırmızı ət isə B12 vitamininin əntiqə mənbəyidrir. B12 vitamini isə öz növbəsində sinkin ən yaxşı mənbələrindən biridir. Tədqiqatlar göstərir ki, uşaqların dərsi mənimsəməsinə məhz sink müsbət təsir göstərir. Əgər siz kifayət qədər ət xörəyi yesəniz, onun sizin orqanizminizə gətirdiyi linol turşusunun miqdarı xeyli artacaq.

Ançouslar
Bu xırda balıq növü omeqa-3 yağ turşularının əsas mənbəyidir. Ançousun tərkibində bu turşuların miqdarı çox reklam olunan tuna balığından iki dəfə çoxdur. Üstəlik, bu balığın bir üstün cəhəti də var: o, insan beyninə mənfi təsir göstərən civəni özünə yığmır.

Arzu ƏLƏSGƏROVA / İnform.az

Baxış sayı: 432