Gündəm
22.09.2015 / 13:29

Ay tutulmasını izləmək mümkün olacaq

Ay tutulmasını izləmək mümkün olacaq
Sentyabrın 28-də gerçəkləşəcək Ay tutulmasını Azərbaycan ərazisindən də izləmək mümkün olacaq. Bu barədə "Report"a AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.
O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə 06:07-də başlayacaq. Təbiət hadisəsi saat 9:27-dək, yəni 3 saat 20 dəqiqə davam edəcək.
X.Mikayılovun sözlərinə görə, Azərbaycan ərazisindən Ay tutulmasını izləmək istəyənlər üfüqə yaxın hadisəni müşahidə edə bilərlər: "Azərbaycan ərazisindən Ay tutulamsını 07:30-dək müşahidə etmək mümkün olacaq. Bu saatdan sonra Günəşin çıxması prosesi izləməyə imkan verməyəcək".

İnform.az

Baxış sayı: 333