Dünya
22.09.2015 / 04:16

"Ziddiyyətlərə tezliklə son royulacaq"

"Ziddiyyətlərə tezliklə son royulacaq" Rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasındakı ziddiyyətlərə tezliklə son qoyulacaq.

"RİA Novosti" agentliyinin istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.

“ABEA-nın baş direktoru Yukiya Amanonun İrana səfəri məhsuldar və səmərəli olub. Ümid edirəm ki, bugünkü əməkdaşlığımız 2015-ci ilin sonunadək uzun illər boyu davam edən ziddiyyətlərə son qoyacaq”, deyə Əli Əkbər Salehi bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Tehrana səfər edərək prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran parlamentinin üzvləri ilə görüşüb.

Y.Amano həmçinin Parçin şəhərində indiyədək ABEA nümayəndələrinin buraxılmadığı hərbi obyektə baş çəkib. ABEA-nın yaydığı bəyanata əsasən, nüvə obyekti təşkilatın təftiş və monitorinq standartlarına uyğun yoxlanılıb.

İnform.az

Baxış sayı: 223