Dünya
21.09.2015 / 23:25

Prezidentin iqamətgahı qarşısında partlayış olub

Prezidentin iqamətgahı qarşısında partlayış olub Moqadişoda Somali prezidentinin iqamətgahı qarşısında güclü partlayış baş verib

Məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 10-dan çoxu yaralanıb.

Hadisə yerində 5 avtomobil yanaraq külə dönüb.

İlkin ehtimala görə, terrorçuların hədəfində partlayışdan bir az əvvəl iqamətgahdan çıxan BMT-nin avtomobil konvoyu olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

İnform.az

Baxış sayı: 202