Dünya
21.09.2015 / 21:42

Venesuela Rusiyadan döyüş təyyarəsi alacaq

Venesuela Rusiyadan döyüş təyyarəsi alacaq Nikolas Maduro Venesuelanın Rusiyadan 12 Su markalı döyüş təyyarəsi alacağını elan edib.

Venesuela Prezidenti Nikolas Maduro bu haqda özü açıqlama verib:

“Mən Prezident Vladimir Putinlə görüşüb Su markalı 12 hərbi təyyarənin Venesuelaya gətirilməsi ilə bağlı razılıq əldə edəcəyəm”.

Xatırladaq ki, Venesuela höküməti Su-30 təyyarələrinin Kolumbiya ilə sərhəd ərazisində qəzaya uğramasından sonra Rusiyadan yeni döyüş təyyarələrinin alınması qərarına gəlib.

İnform.az

Baxış sayı: 303