Dünya
21.09.2015 / 21:15

İŞİD-ə 17 hava zərbəsi

İŞİD-ə 17 hava zərbəsi ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya “İraq Şam İslam Dövləti”nə 17 hava zərbəsi endirib.

Koalisiya qüvvələri İraqda və Suriyada cümə günü İŞİD-ə 17 hava zərbəsi həyata keçirib. Mosul, Kərkük və Ramadi daxil olmaqla, bir sıra şəhərlərə endirilən 12 aviazərbə ilə yanaşı koalisiya Suriyada da 5 hava zərbəsi reallaşdırıb.

Xatırladaq ki, il ərzində İŞİD-çilərə qarşı davam edən passiv hərbi əməliyyatlardan sonra koalisiya qüvvələri hərbi kampaniyanı fəallaşdırmaq qərarına gəliblər.

İnform.az

Baxış sayı: 227