Maraqlı
21.09.2015 / 16:45

Dünyanın ən gənc 11 milyarderi

Dünyanın ən gənc 11 milyarderiBu gənclər sahib olduqları milyardları ilə dünyaya meydan oxuyurlar
Dünyanın ən zəngin insanlarının ortaq cəhəti təkcə sahib olduqları milyardlar deyil. Onlardan bəzilərini gördükləri iş birləşdirir. Bəzilərinin ortaq cəhəti isə heç bir iş görmədən milyardlara sahib olmalarıdır. ANS PRESS bu dəfə oxuculara 35 yaşa qədər olan zənginləri təqdim edir.

Onlardan ən gənci 25 yaşlı Evan Spigeldir. O, "Snapchat" ani mesajlaşma xidmətinə rəhbərlik edir. Evan 1,9 milyard dollarlıq mülkü ilə dünyanın 15-ci ən zəngin insanıdır. "Snapchat"ın 26 yaşlı yaradıcısı Bobbi Mörfinin varidatı isə 1,8 milyard dollardır.


Bobbi Mörfi və Evan Spigel

"Facebook" sosial şəbəkəsinin 31 yaşlı yaradıcısı və baş direktopru Mark Zukerberq 41,6 milyard dolların sahibidir. ABŞ-da yaşayan Zukerberq bu pulları özü qazanıb. Gördüyü işləri facebook səhifəsində daim paylaşan Mark Zukerberq bu yaxınlarda həyat yoldaşı Priscilla Çan ilə şəklini paylaşaraq qız övladlarının olacağını bildirmişdi.


Mark Zukerberq

Dastin Moskoviç "Facebook"un üçüncü ən yüksək vəzifəli əməkdaşıdır. 31 yaşlı amerikalı 9,3 milyard dollarlıq varidatın sahibidir.


Dastin Moskoviç

33 yaşlı Eduardo Saverin də qazandığı 5,3 milyard dolları "Facebook"a borcludur. Hazırda Sinqapurda yaşayan gənc sosial şəbəkənin braziliyalı həmtəsisçisidir.


Edurado Saverin

"Airbnb" mənzil icarəsi saytının hər 3 yaradıcısı da gənc milyarderlər siyahısındadırlar. Onların hər biri 3 milyard dolların sahibidirlər. Onlar 32 yaşlı Neytan Bleçarzik, 33 yaşlı Brayan Çeski və onun həmyaşıdı - 33 yaşlı Co Qebbiadırlar.


Neytan Bleçarzik Co Qebbia və Brayan Çeski

31 yaşlı xanım - Elizabet Holms da gənc milyarderlərdəndir. O, qan analizi ilə məşğul olan "Theranos" şirkətinin yaradıcısıdır. Elizabet Holms da 4,5 milyard dolları öz zəhməti ilə qazananlardandır.


Elizabet Holms

Çinin daşınmaz əmlak maqnatı Yan Qotsyanın qızı Yan Hueyyan 5,9 milyard dollarla dünyanın ən zəngin qadınlarındandır. 34 yaşlı gənc qadının yuxarıda adları çəkilənlərdən fərqi milyardları atasına borclu olmasıdır.


Yan Hueyyan

Çinli Tszun Tsinhounun qızı Tszun Fuli də çinin ən zəngin insanlarından biridir. 33 yaşlı qadın 2,7 milyard dollarlıq varidatın sahibidir. Onların ailə şirkəti olan "Hangzhou Wahaha Group" içki istehsalı ilə məşğuldur.

İnform.az

Baxış sayı: 208