Şərhlər
21.09.2015 / 16:00

Dünya alimləri Azərdüşt (Zərdüşt haqqında) II yazı

Dünya alimləri Azərdüşt (Zərdüşt haqqında)
Aydın MƏDƏTOĞLU / İnform.az

''Avesta'' Əşkani Türklərin dövründə yenidən toplanıb müəyyən qədər bərpa edilmiş, bu iş sonradan Sasanilər tərəfindən davam etdirilmişdir. Sasani şahı II Şapurun tapşırığı ilə Azərbüd İspəndoğlu tərəfindən tərtib edilən və günümüzə qədər gəlib çatan ''Avesta'', ''Yasna, Vispered, Vendidad, Yəst və xırda Avetsa'' adalanan beş bölmədən ibarətdir. 72 bölümdən ibarət ''Yasna'' nın yalnız bir bölümü olan ''talar və Vendidad'' ın müəyyən hissələri Azərdüştün əsəridir. Qalanların hamısı Pers şahlarına aid olan əfsanə və nağıllardan ibarətdir.
Perslər həqiqi ''Avesta'' nın guya icmalı sayılan ''Xırda Avesta'' ya vaxtilə Azərdüştün tamamilə rədd etdiyi qədim etiqad və ayinləri, Mitra, Anahita və bu kimi Allah sayılanları yenidən Avestaya daxil etmiş, onlara yeni yeni himnlər dualar nəğmələr həsr etmiş, beləliklə də Azərdüştün tək Tanrılı dinini saxtalaşdıraraq çoxallahlı dini-mifik, əfsunçu, şahən-şahçı yeni bir təlimə çevirmişlər. Halbuki Tanrı amalının icraçısı olan Azərdüşt peyğəmbər xeyrin, paklığın, haqqın, ədalətin təbliğatçısı, onların rəmzidir. Azərdüşt Peyğımbərin yaratdığı əsil ''Avesta'' nın birinci fəsli dünyanın və insanların yaranmasına, ikinci fəsli əxlaqi hüquqı və daimi qanunlara, üçüncü fəsli isə tələbat və astronomiyaya həsr olunmuşdur. Ona görədə Avesta tədqiqatçıları göstərirlər ki, Zərdüştlüyün uca orjinal doktrinası bütün yaxın Şərqdə İudaizmin, Xristianlığın və İslamın gücləndiyi və inkişaf etdiyi ərazilərə təsir göstərmişdir. Zərdüştlük Hindistanda Moxayan Buddizminin inkişafına öz töhfəsini vermişdir.(Seçmələr bizimdir-A.M. Bax. Meri boys Zoroyastriyçe, Verovaniya İ obıçay Moskva 1987, səhş 4).
Dünyanın məşhur alimləri, filosofları və dövlət xadimləri Azərdüştü yüksək qiymətləndirmişlər. Onlardan bəzilərini burada qeyd etməyi gərəkli sayırıq.
Amerika alimi Vitney yazır: ''Zərdüşt bütün dünya üçün əxlaq qanunları qəbul etdi və öz dinini yaratdı. Ondan sonra İsa Məsih onun izi ilə gedərək həmin qanunları təbliğ etməyə çalışdı, nəhayət dar ağacında canını fəda etdi. Lakin Zərdüştün gözəl bəyan etdiyi '' doğru söz, doğru düşüncə və doğru əməl ''prinsipləri hər şeyi aydınlaşdırmış, bütün dinlərin əsası olmuşdur.'' (Avesta I kitab, Bakı 1995, səh. 21).
Alman alimi Koldiner yazır: '' Zərdüşt qatalarda özünə məxsus dərin fikirlə danışır. Onun sözləri saxtakarlıqdan uzaq və səmimidir. Zərdüşt qataları mənəviyyat və əxlaq müəccəsəməsidir. '' ( Bax Avesta, I kitab, Bakı 1995, səh. 20)
Başqa bir alman alimi Keyker yazır: ''Zərdüştün əxlaqi baxımdan tutduğu yeri, bəşər tarixində tutduğu yeri və mövqeyi, onun nə dərəcədə yüksək fəlsəfi fikirlərə malik olduğunu Qatalardan yaxşı başa düşmək mümkündür. Zərdüşt öz zamanının zeyniyyət çərçəvəsindən çıxaraq çox-çox irəliyə getmiş bir şəxsiyyət idi.
Ən qədim dövrlərdə belə, tək Yaradana sitayiş etməyi xalqına öyrətdi. Zərdüştün gətirdiyi din forması dini mərasim və ya qurbanla bağlı deyildi. Onun göstərişləri pak və doğru düşüncə ilə yaşamaq üsullarına əsaslanır'' (Bax: Avesta, I kitab, Bakı 1995, səh. 20-21)
Amerika alimi Richard Fray yazır:''Əksəriyyət təsdiq edir ki, Zərdüşt yüksək əxlaqi ideyalara və inandırıcı olan ilk Peyğəmbərdir.'' (Avesta : kitab, Bak; 1995, səh. 21).
Məşhur Hind yazıçısı və filosofu Rabindranat Taqor yazır: ''Zərdüşt ilk şəxsiyyətdir ki, dəyişilməz əxlaqi prinsiplər asasında din yaratmış və insanlara düzgün yol göstərmişdir. O həm də insanlara yeganə yaradana sitayiş etməyə çağıraraq insanların xeyir vasitəsi ilə təkamülünə zəmin yaratmışdır. '' (Bax: Avesta I kitab, Bakı 1995, səh. 21)
Məşhur Alman filosofu Hegel yazır: ''İlk dəfə Zərdüşt tərəfindən tərənnüm olunan İşıq-İdrak Ruh aləminə məxsusudur. Asiyada parlayan bu ilahi işıqla dünyanın tarixi başlamışdır.''

Baxış sayı: 1113