İdman
15.06.2015 / 08:41

Ərdoğan Avropa Oyunlarını təyyarədə izlədi

Ərdoğan Avropa Oyunlarını təyyarədə izlədi

İnform.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan türkiyəli yunan-roma güləşçisi Rza Kayaalpın çıxışını təyyarədə mobil telefonu vasitəsilə izləyib.

R.T.Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə Avropa və dünya çempionu Rza Kayaalpın final qarşılaşmasına mobil telefonu vasitəsilə canlı baxıb.

Türkiyə komandası “Bakı-2015” ilk Avropa Oyunlarının iki yarış günündən sonra 4 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Baxış sayı: 538