Baş xəbər, Araşdırma
21.09.2015 / 14:13

Engels kolxozundan İlyas Əfəndiyevə gələn məktub

Engels kolxozundan İlyas Əfəndiyevə gələn məktub
S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət arxivində ədəbiyyat və incəsənət adamlarının maraqlı və məzmunlu məktubları saxlanılır. Belə məktublardan biri də Xaçmazın Nizova kəndindən Əliağa adlı oxucunun İlyas Əfəndiyevə yazdığı məktubdur:

“Hörmətli İlyas miüəllim!

Əvvəla çox-çox salamlar və sizə uzun can sağlığı, işinizdə yeni-yeni müvəffəqiyyətlər… Mən ilk dəfə yazıçılar ittifaqına gələndə sizinlə görüşmüş və öz “cızmaqara” yazımı ilk dəfə sizə oxumuşam. Ona görə də ərizəmi mütləq sizə yazmağı lazım bildim, çünki siz məni hamıdan yaxşı tanıyırsınız.İndi mənə atalıq edin. Göndərin oxuyum. Ömrüm boyu sizi unutmaram. Sizin hər bir əsərinizi qarşılayanda bilirsiniz nə qədər sevinirəm?.. Əgər məni göndərmək istəsəniz və məsələhət üçün Bakıya çağırsanız, mütləq sədrimiz Sadıq Şabanovun üstünə təliqə göndərin.
Yoxsa məni işdən buraxmazlar. Kolxozumuz F.Engels adınadır.
İlyas müəllim, mən sizin cavabınızı böyük intizarla, böyük təşvişlə gözləyəcəyəm. Ümidvaram ki, yazacağınız bircə cümlə ilə məni arzuya çatdıracaq, sevindirəcəksiniz.
Təkrar edirəm, sizdən başqa heç kimə gümanım gəlmədi.
Hələlik, görüşənə qədər.

İmza: sizi unutmayan oxucunuz Əliağa.
Xaçmaz, Nizova kəndi."

Təqdim etdi: Rəşad Sahil

Engels kolxozundan İlyas Əfəndiyevə gələn məktubEngels kolxozundan İlyas Əfəndiyevə gələn məktub

Baxış sayı: 477