Hadisə
21.09.2015 / 13:38

​Rusiyada taksi sürücüsünü döyən 2 erməni güllələnib

​Rusiyada taksi sürücüsünü döyən 2 erməni güllələnibRusiyanın Volqaqrad şəhərində münaqişə nəticəsində iki erməni güllələnib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Dzerjinsk rayonundakı Kaçinsk bazarı yaxınlığında baş verib. Toydan çıxan iki sərxoş erməni taksi sürücüsünə yaxınlaşıb və onları aparmasını istəyib. Taksi sürüsücü həmin sərxoşları dedikləri ünvana aparmaqdan imtina edib. Ermənilər taksi sürücüsünü döyüblər. Sürücü qohumunu köməyə çağırıb. Yardıma gələn qohumun tapançadan açdığı atəş nəticəsində bir nəfər ölüb, daha 6 nəfər, o cümlədən 22 yaşlı Armen Yegizaryan və 24 yaşlı Vlad Cercixanyan yaralanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

İnform.az

Baxış sayı: 232