Maqazin
30.06.2015 / 13:26

Kimin pulu çoxdur?

Kimin  pulu çoxdur?

"Forbes" jurnalı ilin ən çox gəlir əldə edən məşhurlarının siyahısını tərtib edib. Rusiya mediasına istinadən birinci yerdə 300 milyon dollarla boksçu Floyd Meyvezerdir. İkinci isə bu il "əsrin oyununda" Floyda məğlub olan digər boksçu Manni Pakyao qərarlaşıb.

Üçüncü yerdə müğənni Keti Perridir. O, il ərzində 135 milyon dollar qazanıb. Onluq siyahını "One direction" musiqi qrupu, radio aparıcısı Hovard Stern, ifaçı Qart Bruks, yazıçı Ceyms Patterson, aktyor kiçik Robert Dauni, müğənni Teylor Svift və futbolçu Kriştiano Ronaldo tamamlayır.

Qəribədir ki, keçən il üst pillələrdə olan müğənni Beyons bu il 26-cı yerdədir. Onun illik gəliri 54 milyon dollar olub, ötən il isə 115 milyon dollar qazanmışdı. Rusiyalı tennisçi Mariya Şarapova isə 29 milyon dollarla 88-ci pillədədir.


Aysel Talıbqızı / İnform.az

Kimin  pulu çoxdur?
Kimin  pulu çoxdur?
Kimin  pulu çoxdur?

Baxış sayı: 411