İdman
15.06.2015 / 08:22

Gimnastika yarışlarının ikinci gününə start verildi

Gimnastika yarışlarının ikinci gününə start verildi

Birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının 2-ci gününə start verilib.

İnform.az-ın məlumatına görə, bu gün həm kişi, həm qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.

Qeyd edək ki, ötən gün idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə əsasən kişilər arasında fərdi yarışlarda üç hərəkətdən (sərbəst hərəkətlər, at üzərində hərəkətlər, halqalar) sonra ukraynalı Oleq Vernyayev (45,000) liderdir. Rusiya idmançısı David Belyavski bu günün ikincisi olub (44,000). Ölkəmizi təmsil edən Oleq Stepko isə hesabında 43,899 xalla üçüncü pillədədir.

Kişilər arasında komanda yarışlarında Ukrayna gimnastları (88,598) birinci, Rusiya komandası (88,199) ikinci, Azərbaycan gimnastları isə (86,098) üçüncü pillədə qərarlaşıb.

Baxış sayı: 582