Texnologiya
30.06.2015 / 13:21

Avropa Oyunları zamanı internet təhlükəsizliyi

Avropa Oyunları zamanı internet təhlükəsizliyi

"Telekommunikasiya işləri çərçivəsində qarşıya qoyulan məqsəd Azərbaycan saytlarının, I Avropa Oyunlarına aid olan informasiya və internet resurslarının kiberhücumlardan qorunması idi".

İnform.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Ə. Abbasovun sözlərinə görə, təhlükəsizlik məsələsi müxtəlif təhlükəsizlik strukturları, həmçinin xarici partnyorlarla birlikdə çox yaxşı təşkil olunub, 2-3 səviyyədə müdafiə sistemləri qurulub.

Baxış sayı: 361