Ədəbiyyat
20.09.2015 / 14:54

Məşhur britaniyalı yazıçı Ceki Kollinz vəfat edib

Məşhur britaniyalı yazıçı Ceki Kollinz vəfat edibABŞ-da məşhur britaniyalı yazıçı Ceki Kollinz 77 yaşında dünyasını dəyişib.
Çoxsaylı bestsellerlər müəllifinin ölümünə onkoloji xəstəlik səbəb olub.
Yazıçının ailəsi tərəfindən yayılan məlumatda Kollinzin 6 ildən artıqdır döş xərçəngindən əziyyət çəkdiyi bildirilir.
Jaklin Cill Kollinz karyerasına 1968-ci ildə başlayıb. Ötən illər ərzində onun Hollivudda həyat və cinayət aləmi haqqında kitablarının tirajı 500 milyon nüsxəyə çatıb. Onun 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.
İnform.az

Baxış sayı: 292