Sosial
19.09.2015 / 19:48

Moskvada Azərbaycan İcması Evi açılıb

Moskvada Azərbaycan İcması Evi açılıb Rusiya paytaxtında Azərbaycan İcması Evinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Ümumrusiya Azəırbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev, Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov, Rusiya Dövlət Dumasının deputatı, milli azlıqlar üzrə komitənin sədr müavini Ruslan Qostyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rizvan Əliyev, Rusiyanın bir sıra regionlarındakı Azərbaycan diasporunun rəhbərləri, iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

İnform.az

Baxış sayı: 354