Dünya
19.09.2015 / 18:34

Batmanda komendant saatı elan edilib

Batmanda komendant saatı elan edilib Türkiyənin Batman şəhərinin Sason və Kozluk bölgələrində komendant saatı elan olunub.

Məlumata görə, Sasonda 3, Kozluk ərazisində 1 küçəyə çıxmaq qadağan olunub. Rəsmi şəkildə bəyan olunub ki, bölgənin Kəlhasan, Kilimli, Qarameşə kəndləri ilə Kozlukun Gümüşörgü kəndində terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar keçirilir.

Əhaliyə xəbərdarlıq olunub ki, təhlükəsizliyin təmin olunması üçün küçəyə çıxmasınlar. Türkiyədə 2012-ci ildə PKK ilə əldə olunan atəşkəs bu il iyulun 22-də pozulub.

İnform.az

Baxış sayı: 379