Baş xəbər, Sosial
30.06.2015 / 12:38

Bakıda sıxlığın qarşısı alınacaq

Bakıda sıxlığın qarşısı alınacaq

İnform.az APA-ya istinadən bildirir ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığını qaradan qaldırmaq məqsədilə tədbirləri planı hazırlanır.
Tədbirlər planı qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və yük avtomobillərinin Bakıya girişinə tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir.
K. Əliyev həmçinin bildirib ki, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır.

Baxış sayı: 390