Gündəm, Elm-təhsil
18.09.2015 / 17:34

"Valideynlər özləri dərslik almamalıdır"

"Valideynlər özləri dərslik almamalıdır"
Təhsil Nazirliyi yerli mətbuatda dərsliklərlə bağlı çıxan xəbərlərə münasibət bildirib. İnform.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramovun sözlərinə görə, dərsliklərlə bağlı Təhsil Nazirliyinə mütəmadi olaraq zənglər daxil olur və məsələ araşdırılaraq həllini tapır.
Nazir müavini deyib ki, Təhsil Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə paylanılıb: "Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi olsa belə, vətəndaşlar özləri dərslik almamalıdır. Çünki kifayət qədər dərslik ehtiyatı var və məsələ tez bir zamanda öz həllini tapacaq. Yaxud da hansısa təhsil müəssisəsi məktəb direktoruna dərsliklərin alınması üçün tövsiyələr etsə, bu barədə Təhsil Nazirliyinə müraciət edilməlidir. Çünki bununla bağlı çox ciddi tədbirlər görüləcək".

"Bəzən elə vətəndaşlar deyir ki, bu yeni dəsrlik deyil və mən bunu götürmürəm. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda təsdiq olunmuş dövlət standartlarına uyğun olaraq, dərsliklərin istifadə müddəti 4 ildir. Ona görə də, biz istisna etmirik ki, siniflər və fənnlərdən asılı olaraq uşaqlara verilən dərsliklər 1- 2 il, bəzi hallarda hətta 3 il müddətində istifadə olunan dərsliklıər ola bilər. Lakin hər bir şagird və valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dəsrlikdən istifadə etməlidir"- deyə nazir müavini fikirlərinə əlavə edib.

Baxış sayı: 377