Dünya
30.06.2015 / 12:05

İngiltərə 4 terror aktının qarşısını alıb

İngiltərə 4 terror aktının qarşısını alıb

İngiltərə parlamentində çıxış edən bu ölkənin baş naziri Devid Kameron dünyanın bir neçə ölkəsində İŞİD-in həyata keçiirdiyi terror aktları ilə bağlı çıxış edib. Kameron bildirib ki, Tunisin Susa şəhərində baş verən terrorla bağlı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan başqa Kameron İŞİD-in istifadə etdiyi sosial şəbəkələrlə bağlı bunları deyib: "Terror qruplaşmasının istifadə etdiyi sosial şəbəkələrin zərərsizləşdirilməsi ilə bağlı bəzi uğurlar əldə etmiişik. Bunun nəticəsində də İngiltərədə ən azı 4-5 terror aktının qarşısı alınıb".
İnfom.az



Baxış sayı: 707