Şərhlər
18.09.2015 / 16:47

İbtidai dahi

İbtidai dahi
Əlisa NİCAT / İnform.az

Səl “qarasaçlar” tayfasına məxsus idi. Onların sayı çox idi. Bu ətrafda yasayan tayfaların ən boyüyü idi, ancaq əvvəllər saylar nə qədər idi, bilmirdi. Cunki bu qədər böyük say hələ kəşf olunmamışdı.
Əslində onlar 300 nəfər idilər. Amma bunu bilmirdilər. Tayfa başçısı Var onların sayca nə qədər oldugunu müəyyən etmək istəyirdi. Bunun uçün xeyli fikirləşdikdən sonra bütün tayfani bir az aralıdakı dəniz qlrağına gətirdi. Burada tayfanın “hesabdarı” basçının işarəsi ilə adamlara bir bir dənizə girməyi tapşırdı. Hər adam girəndə hesabdar Varın gostərisi ilə qum ustdə baş barmaq boyda bir xətt çəkirdi.
Nəticədə adamlar qurtaranda qum üstdə xeyli xətlər əmələ gəldi, ancaq bu nə qədər idi, heç kim deyə bilmirdi. Yoxlamaq üçün tayfa başçısı hesabdara hər adam dənizə çıxanda bir xətti pozmağı tapşırdı və beləliklə, bütün xətlər pozulub sayın düz olduğu məlum oldu. Tayfa üzvləri təzədən bir də bir-bir dənizə girməklə hesabdar həmin xətləri qum üstə cızdı.
Var rəqəmlərə baxıb fikrə getdi. Onlar ona qədər saymağı bildiklərinə görə tayfa başçısı hər 10 cizgidən sonra ara qoyub beləliklə bütün rəqəmləri 10 sayına görə ayırdı. Bizim bildiyimizcə bu 30 rəqəmi idi. Ancaq onlar hələ 30 sayını bilmədilər.
Var bir xeyli fikirləşib, yayın son günlərinin birində adamları yenə dənizə tökərərk hesabdara qum üstə xətləri çəkdirdi. Sonra hamını mağaraya yola salıb bu xətlərin üstündə əyilib fikirləşməyə başladı. O əvvəl müqəddəs bildkləri “7” rəqəminə ayırmaq istədi. Amma xətlər cox qəliz və dolaşıq idi . Sonra o xeylı vaxtdan sonra xətləri üc yerə ayırdı. Çünki 3 rəqəmi də onlara məlum və onlar üçün müqəddəs idi. Beləlikə xətlər üç yerə bölündü.
Və birdən tayfa başçısı ayaga qalxıb var səsi ilə bağırdı.
-Yüz!
Hamı həmin bağırtı ilə onun sözünü təkrar etdi.
-Yüz!
Hesabdar “Nər” irəli gəlib soruşdu. - Bu “100” deyilən nədir?
Tayfa başçısı əli ilə 3 yerə böldüyü adamların xətlərinin birini göstərib dedi:
-Bax, 100 budur, hesabdar dedi.
-Onda biz 100 nəfərik.
Yox. Ay kütbeyin hər dəstəmiz 100 nəfərdir. Biz neçə dəstəyik?
3 – deyə hesabdar 3 barmağını göstərdi.
Düzdür, deməli biz 3 dəstəyik.
Bəs onda 100 nədir - deyə hesabdar inad etdi.
Ay küt, -100 hər dəstənin sayıdır. Biz üç dəstə, deməli 300 adamıq.
Hesabdar əlini alnına qoyub fikrə getdi. Tayfa uzvləri heç nə basa düşməsələr də, 100, 100 deyə - şənliklə oynamağa başladılar.
Tayfa başçısı nə qədər, 100 yox 300! desə də, qulaq asan olmadı.
Beləlikə, yalnız bir neçə aylıq müzakirələrdən sonra tayfa başçısı Var tayfanın 100 yox 300 nəfər oldğunu onlara başa sala bildi
Beləliklə 300 min il bundan qabaq xalqmz “100” rəqəmini ilk dəfə keşf etdi. Sonrakı nəsillərin ağıllıları bu yüz sayını muxtəlif hissələrə bölüb “20, 30,40, 50 və s. rəqəmlərini də müəyyən etdilər.
Amma bunlar böyük kəşf deyildilər . Ən böyük kəşf tayfa başçısının tapdığı həmin 100 rəqəmi idi.

Baxış sayı: 527