Sosial
30.06.2015 / 11:51

6 rayonda əmək yarmarkası olacaq

6 rayonda əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Baxış sayı: 486