Sağlamlıq
17.09.2015 / 21:31

Bu meyvə infeksiyalara qarşı təsirlidir

Bu meyvə infeksiyalara qarşı təsirlidir
Qabıqlı yeyilən sitrus meyvəsi olan və "kamkat" adı verilən meyvənin bir çox faydası olduğu bildirilir.

Xüsusilə, qan təzyiqi və xolesterolun düşməsində bu meyvə də təsirlidir. Həmçinin portağal, mandarin və limon kimi sitrus bitkisidir.
Amma bu meyvəni qabığı ilə birlikdə yemək çox əhəmiyyətlidir. Qoxusu hamımızın sevdiyi berqamutu xatırladır.
Xususilə, şirniyyata olan həvəsi öldürmə keyfiyyətinə malikdir.

C vitamini bol olan kamkat həm də antioksidantdır. İmmuniteti gücləndirdiyi üçün orqanizmin xəstəliklərə və infeksiyalara qarşı dayanıqlı olmasını təmin edir.
Bu meyvədə A, B1, B2, B3 vitaminlərinin yüksək səviyyəsi sinir sisteminin keyfiyyətli fəaliyyətini təmin edir. Tərkibində yüksək dərəcədə kalsium olan kamkat sümük və dişlərin sağlamlığı üçün əhəmiyyətli bir meyvədir. Bu meyvə yüksək xolesterolu və qan təzyiqi olanlara məsləhət görülür.
Fərqli bir qoxusu olan kamkat daha çox mürəbbə və marmelad olaraq istifadə olunur. Kamkattan şirə çəkilir və sous hazırlanır.
Bu meyvəni qabıqlı halda salatlarınıza da doğraya bilərsiniz” deyə danışdı. /az.med.az/

İnform.az

Baxış sayı: 287