Sağlamlıq
17.09.2015 / 14:00

Yaşıl çayın daha bir möcüzəsi

Yaşıl çayın daha bir möcüzəsiYaşıl çayın daha bir faydası ortaya çıxıb.

ABŞ-ın Pensilvanya Universitetinin alimlərinin apardığı araşdırma zamanı yaşıl çayın ağız bölgəsindəki xərçəng hüceyrələrini yox etdiyi aşkarlanıb. Hətta yaşıl çay hüceyrələrin yenilənməsinə də kömək edir.

Alimlərin fikrincə, bu, yaşıl çayın tərkibindəki "epigallocatechin-3- gallate” (EGCG) maddəsi sayəsində mümkün olur.

Araşdırmanın rəhbəri Coşua Lambert yaşıl çaydan, sadəcə, müalicə zamanı deyil, xərçəngin qarşısını almaq üçün də istifadə edilməli olduğunu vurğulayıb:

"Yaşıl çay hamının asanlıqla əldə edib, istifadə edə biləcəyi bir məhsuldur. Kimyaterapiyanın mənfi təsirini nəzərə alsaq, xərçəngi önləmək üçün hər gün yaşıl çay içmək o qədər də çətin olmamalıdır”.

Qeyd edək ki, daha öncə 2002-ci ildə alimlər xərçəngin müalicəsi zamanı köməkçi vasitə olaraq yaşıl çaydan istifadə edilməli olduğunu açıqlamışdılar.

İnform.az

Baxış sayı: 238