Mədəniyyət
17.09.2015 / 12:23

Nahid Bağırov yenidən vitse-prezidenti seçildi

Nahid Bağırov yenidən vitse-prezidenti seçildiXəbər verdiyimiz kimi Kolumbiyanın Medelin şəhərində Ümumdünya Turizm Təşkilatının 21-ci sessiyası keçirilir. Sessiyada 120 dövlətdən 900 nümayəndə iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən bildirlib ki, sessiyanın sentyabrın 14-də keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.

Bu gün ÜTT qoşulmuş üzv dövlətlərini 400 təşkilat təmsil edir. Bunlar hava yolları, turizm şirkətləri və büroları, reklam agentlikləri, universitetlər, turizm biznes məktəbləri, məşhur mehmanxanalar və digər təşkilatlardır.

Sessiya işini sentyabrın 17-də yekunlaşdıracaq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 375