Hadisə
17.09.2015 / 11:25

Yağış evləri dağıtdı

Yağış evləri dağıtdıQuba, Qusar rayonlarında yağan leysan yağşlar fərdi yaşayış evlərnə dolub, bir ev uçub. "SİA"-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyani sahələrinə və zirzəmilərinə su dolub.

Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs cıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hhazırda nazirliyin qüvvələri hadisə yerində su çəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.

İnform.az

Baxış sayı: 360