Texnologiya
17.09.2015 / 10:08

Titandan Döş Qəfəsi İstehsal Etdilər

Titandan Döş Qəfəsi İstehsal Etdilərİspan həkimlər ilk dəfə olaraq xərçəng xəstəsinə titan döş qəfəsi köçürtdü.

Son dövrdə haqqında çox danışılan 3D printerləri ilə bir xərçəng xəstəsinin həyatı xilas olundu.

İspan həkimlər bir xərçəng xəstəsinin döş qəfəsinə qədər yayılan xərçəngi müalicə edərkən, xərçəngli hissənin bədəndən alınması ilə birlikdə xəstənin döş qəfəsinin də bir hissəsi alındı. Bundan sonra xəstəyə titan döş qəfəsi yerləşdirməyi düşünən İtalyan həkim və Avstraliyalı mühəndislər birlikdə çalışaraq xərçəng xəstəsi üçün 3D printerdən çıxarılmış ilk titan döş qəfəsini düzəltdi və düzəldilən titan döş qəfəsi İtalyan həkimlər tərəfindən müvəffəqiyyətlə xəstəyə köçürüldü. Həkimlər köçürmə prosesindən sonra edilən açıqlamada xəstənin 2 həftə sonra xəstəxanadan evə buraxıla biləcəyini bildirdi.

Avstraliya mərkəzli Anatomics tərəfindən hazırlanan titan döş qəfəsi üçün çox çalışdılar. İlk olaraq xəstənin sinə tomoqrafiyası çəkildi ​​və bir döş qəfəsi qəlibi çıxarıldı. Sonra isə titan tozunu elektron şüaları ilə əridərək işləyən CSIRO adlı markanın 1.3 milyon dollar dəyərindəki Arcam 3D printerlə çıxarıldı.


Qeyd edək ki, 3D printerlərin nə qədər gözəl bir texnologiya olduğunu bir dəfə daha göstərən titan döş qəfəsi gələcəkdə bənzər müalicələrin tətbiq oluna biləcəyini göstərir.

Inform.az

Baxış sayı: 344