Elm-təhsil
16.09.2015 / 17:45

TQDK 1-ci oldu

TQDK 1-ci oldu“Elektron Hökumət” portalı tərəfindən avqust ayı ərzində təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumatda Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) 1-ci yerdə qərarlaşıb. Komissiyadan verilən məlumata görə, “Elektron hökumət” bülletenində 2015-ci ilin avqust ayında dövlət qurumları üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunub.

Məlumatda 43 qurum tərəfindən göstərilən 258 elektron xidmətdən ümumilikdə 1 237 100 dəfə istifadə olunduğu bildirilir.

Elektron xidmətlər arasında TQDK-nın namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu (1-ci yer, istifadə sayı: 263 732), namizədlərə , sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatın internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi (2-ci yer, istifadə sayı: 189 698), abituriyentlərin, bakalavrların, namizədlərin ərizələrinin onlayn qəbulu (7-ci yer, istifadə sayı: 58 831), TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı (20-ci yer, istifadə sayı: 5607) layihələri ən çox istifadə olunan layihələr kimi qeyd olunub.

Həmin məlumatda həmçinin TQDK-nın təqdim etdiyi 15 elektron xidmət üzrə istifadəçi sayına görə də birinci yerdə göstərilib. Belə ki, Komissiyanın elektron xidmətlərindən avqust ayında 524303 dəfə istifadə olunub.

İnform.az

Baxış sayı: 314