İqtisadiyyat
16.09.2015 / 15:21

Azərbaycan və Uruqvay arasında saziş imzalandı

Azərbaycan və Uruqvay arasında saziş imzalandı
Mədəniyyət və Turizm Nazirliyindən İnform.az-a verilən məlumata görə, saziş Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Bakıya səfəri çərçivəsində imzalanıb. Bakıda olan uruqvaylı nazir müavini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycanla Uruqvay arasında 1994-cü ildən etibarən qurulmuş diplomatik əlaqələrdən söhbət açılıb və bildirilib ki, bu əlaqələr daha da möhkəmləndirilib inkişaf etdirilməlidir.
Öz növbəsində, X.L.Kansela Uruqvayın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağa 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verərək onu forumda iştirak etməyə dəvət edib.
Sonra Azərbaycanla Uruqvay dövlətləri arasında mədəni əlaqələrin inkişafı ilə bağlı mədəniyyət haqqında ilk saziş imzalanıb.

Baxış sayı: 298