550 min ukraynalı Rusiyada hərbi çağırışdan gizlənir

Hazırda 550 mindən çox ukraynalı Rusiya ərazisində hərbi çağırışdan gizlənir. İnform.az-ın məlumatına görə, müvafiq açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.
Rusiyanın ərazisində olan Ukrayna vətəndaşlarının sayı 2,5 milyondan yuxarıdır. Onlardan 970 mini ölkənin cənub-şərqinin sakinləridir.
Patruşevin sözlərinə görə, 500 mindən çox ukraynalının Rusiya ərazisində müvəqqəti yaşayış və müvəqqəti sığınacaq icazəsi var: "Bu, onlara Rusiya Federasiyasının ərazisində işləmək imkanı yaradır".
O vurğulayıb ki, qaçqınların əhəmiyyətli hissəsi Cənub federal dairəsində cəmləşib: "Belə vəziyyət öz növbəsində əmək bazarında mənfi təsir edir".
Nail Cəlil
Baxış sayı: 485

Digər xəbərlər: