Mədəniyyət
16.09.2015 / 12:40

Fransa səfirliyində azərbaycanlı rəssamın sərgisi

Fransa səfirliyində azərbaycanlı rəssamın sərgisi Bakıda "Lyubov Mircavadova və Fransa" adlı sərginin açılış mərasimi keçirilib.
Sərgini giriş sözləri ilə açan Fransanın Azərbaycandakı səfiri Paskal Monye hamını Azərbaycan rəssamı Lyubov Mircavadovanın əsərləri ilə tanış olmağa dəvət edib. Onun sözlərinə görə, Bakıda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə böyük önəm verildiyini müşahidə edib. Səfir L.Mircavadovanın incəsənətə töhfə verdiyini qeyd edib. P. Monyenin sözlərinə görə, bu sərgi rəssamın Fransa mədəniyyətinə olan dərin rəğbətini nümayiş etdirir.
1949-cu ildə Bakıda doğulmuş Lyubov Mircavadova böyük Azərbaycan rəssamı Cavad Mircavadovun həyat yoldaşı və ilham pərisidir. 2005-ci ildə o, həyat yoldaşının xatirəsinə həsr olunmuş monoqrafiya tərtib edib.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 351