İdman
16.09.2015 / 11:05

Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyil

Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyilİspaniyanın "Real" futbol klubu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən bahalı idman klubu reytinqındəki ilk yerini əldən verib. Onu ilk yerdən Amerika Milli Futbol Liqasının "Dallas Cowboys" klubu sıxışdırıb çıxarıb.

İyulun ortalarında tərtib edilən reytinqin əvvəlki versiyasında Madrid klubu 3,26 milyard dollar həcmində qiymətləndirilirdi. Hazırda "Dallas Cowboys" klubunun dəyəri 4 milyard dollar məbləğində hesablanır.

Ən bahalı klublar siyahıda 2-ci və 3-cü yerləri Milli Futbol Liqasının daha bir təmsilçisi "New England Patriots" və Milli Beysbol Liqasında çıxış edən "New York Yankees" klubları (hər ikisi 3,2 milyard dollar) tutur. Beşinci yerdə isə 3,16 milyard dollarla İspaniyanın "Barselona" klubu qərarlaşıb.

İnform.az

Baxış sayı: 129