Mədəniyyət
16.09.2015 / 10:21

“Davamlı inkişafda qadınların rolu”

“Davamlı inkişafda qadınların rolu”Tehranda bu mövzuda beynəlxalq konfrans keçirilir
Sentyabrın 15-də Tehranda “Davamlı inkişafda qadınların rolu” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 50-dən çox dövlətin ailə və qadın məsələləri üzrə qurumlarının rəsmi nümayəndələri iştirak edir.

Azərbaycanı bu tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun siyasi nəzəriyyələr şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Sahibkar Qadınlar İctimai Birliyin sədri Zemfira Ağayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi Hafiz Namazov daxildir.

Sentyabrın 18-dək davam edəcək konfransda müasir dünyada qadınların ictimai-siyasi həyatdakı rolu, sahibkarlıq fəaliyyəti üçün milli qanunvericiliklərin təkmilləşdirilməsi, İslamda qadının mövqeyi və sair bu kimi mövzular müzakirə ediləcək.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 444