Dünya
15.09.2015 / 23:49

Növbəti iki il ən isti olacaq

Növbəti iki il ən isti olacaq Növbəti iki il tarixin ən isti illəri kimi qeydə alına bilər. Bu barədə Britaniya Meteorologiya İdarəsi çıxış edib.

Alimlərin sözlərinə görə, istiləşmənin əsas səbəbi hazırda Sakit Okeanda müşahidə olunan El-Nino cərəyanıdır.

Bu proses Sakit okean səthindəki su temperaturunun ekvatorial hissəsində dəyişməsi ilə müşayiət olunur. Bu fenomen nəticəsində Avropadan başqa dünyanın qalan hissəsində qızmar istilər hökm sürəcək.

Ekspertlər bunu Sakit okeanda El-Nino cərəyanının yenidən aktivləşməsi ilə əlaqələndirmişdi.

İnform.az

Baxış sayı: 326