Mədəniyyət
15.09.2015 / 13:47

"Tütək səsi"nin Cəbrayılı vəfat etdi

"Tütək səsi"nin Cəbrayılı vəfat etdiSSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.

Məlumata görə, bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib.

M.Volontir uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.

Aktyor 1934-cü il, martın 9-da anadan olub. O, "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.

İnform.az

Baxış sayı: 332