Sosial
29.06.2015 / 16:56

Elçin Quliyev vətəndaşları qəbul edəcək

Elçin Quliyev vətəndaşları qəbul edəcək

İyul ayının 9-da Xaçmaz şəhərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək.

Xidmətin mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları iyul ayının 7-dək DSX-nin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Baxış sayı: 422