Elm-təhsil
29.06.2015 / 16:44

İyulun 2-də qəbul və buraxılış imtahanları olacaq

İyulun 2-də qəbul və buraxılış imtahanları olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də qəbul və buraxılış imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında iştirak etmək üçün 16150 abituriyent müraciət edib.

Baxış sayı: 590